“Bavariya” müdafiəçisini icarəyə verdi
21.08.2023 - 10:44

“Bavariya” futbolçusu Yosip Stanişiçi icarəyə verib.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçi “Bayer”ə keçib.
O, 2023/24 mövsümünü Leverkuzen klubuna keçirəcək. İcarə müqaviləsində futbolçunun transferi barədə bənd yer almayıb.
Qeyd edək ki, Stanişiç ötən mövsüm 23 matçda meydana çıxıb.
0
0