“Bavariya” yenə xal itirdi
02.03.2024 - 10:52

Martın 1-də futbol üzrə Almaniya Bundesliqasında 24-cü tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk matçında “Bavariya” səfərdə “Frayburq”la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
“Bavariya”nın heyətində Tel və Musiala fərqləniblər. Meydan sahiblərinin qollarına isə Günter və Holer imza atıblar.
Beləliklə, növbəti dəfə xal itirən “Bavariya” lider “Bayer Leverkuzen”lə arasında 8 xallıq fərqi azalda bilməyib.
0
0