"Bavariya"da ciddi itki
29.07.2024 - 12:43

“Bavariya” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Hiroki İto zədələnib. O, “Düren” ilə yoxlama matçında (1:1) sıradan çıxıb.
Bu yay heyətə cəlb edilən yapon futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Bavariya” İtonu “Ştutqart”dan 23 milyon avro transfer edib.
0
0