“Bavariya”da itki: 2-3 həftə oynamayacaq
11.10.2023 - 09:19

“Bavariya” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Münhen klubunun futbolçusu Dayot Upamekano 2-3 həftəlik sıradan çıxıb.
Bu, onun müayinəsindən sonra bəlli olub. Dayot sol ayağından xəsarət alıb. 24 yaşlı fransalı Bundeslqanın VII turunun “Frayburq”la qarşılaşmasında (3:0) zədə üzündən əvəzlənib.
Qeyd edək ki, Upamekano Fransa yığmasının oktyabrda keçiriləcək oyunlarından da kənar qalıb.
0
0