“Bavariya”da yeni müqavilə
18.04.2023 - 12:57

“Bavariya” Konrad Laymeri heyətinə qatacaq.
Apasport.az saytının məlumatına görə, “Leypsiq”in 25 yaşlı yarımmüdafiəçisi yayda Münhen klubuna keçəcək.
Artıq futbolçu ilə müqavilə imzalanıb. İki dəfə tibbi müayinədən keçən avstriyalı futbolçu ilə anlaşma 4 illik nəzərdə tutulub. Leypsiqlilərlə müqaviləsi başa çatan Konrad yeni klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, Laymer cari mövsüm Bundesliqanın 15 oyununda 1 qol vurub.
0
0