"Bavariya"dan 130 milyon avroluq MÜQAVİLƏ
22.03.2023 - 15:11

"Bavariya" sponsorluq müqaviləsini uzadıb.
Apasport.az saytı xəbər verir ki, Almaniya klubu uzunmüddətli sponsoru olan “Alyans”la yoluna davam edəcək.
Yeni razılaşmaya əsasən, 2033-cü ilə qədər komandanın ev oyunlarını keçirdiyi stadion məhz sözügedən şirkətin adını daşıyacaq – “Alyans Arena”.
Müqaviləyə görə, sponsor 10 il ərzində Münhen təmsilçisinə təxminən 130 milyon avro ödəyəcək.
0
0