“Bavariya”dan xəbərdarlıq: Təklif göndərəcəyik
06.09.2022 - 21:55

“Bavariya” Harri Keyni heyətinə qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu hücumçuya təklif göndərəcək.
Münhenlilər Harrinin agenti olan qardaşı ilə əlaqə qurub. Bundesliqa təmsilçisi ona 2023-cü ilin yayında təklif göndərəcəklərini xəbərdar edib. Lakin bunun üçün Keyn həmin vaxtadək “Tottenhem”lə müqaviləsini uzatmamalıdır.
İngiltərə klubunun forvardının indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq. Sözləşmə uzadılmasa, münhenlilər onu transfer etməyə çalışacaq.
Qeyd edək ki, Keyn cari mövsümün 6 oyununda 5 qol vurub.
0
0