“Bavariya”nın məşqçisi "Ayntraxt"da
12.06.2023 - 13:49

Frankfurt "Ayntraxt"ının yeni baş məşqçisi bəlli olub.
Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisi bu postu Dino Topmöllerə həvalə edib.
42 yaşlı yerli mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. Topmöller əvvəllər “Leypsiq” və “Bavariya”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, frankfutlular son mövsümü 50 xalla 7-ci sırada tamamlayıb.
0
0