“Bavariya”nın Musiala planı
03.10.2023 - 17:41

“Bavariya” daha bir futbolçusu ilə müqaviləni uzadacaq.
Apasport.az xəbər verir ki, Almaniya klubu Camal Musiala ilə yeni anlaşma imzalamağa qərar verib.
Yarımmüdafiəçiyə yeni müqavilə təklif olunacaq. Münhenlilər onunla əməkdaşlığı 2029-cu ilin yayına qədər artırmağı planlaşdırır.
Qeyd edək ki, Musiala “Liverpul”, “Real”, PSJ və “Mançester Siti”nin də maraq dairəsindədir.
0
0