“Bayer” yeni futbolçu transfer etdi
14.06.2024 - 09:38

Almaniya çempionu “Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi “Jirona”nın üzvü Aleş Qarsiya ilə anlaşıb.
İspan yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.
Aleş Qarsiya ötən mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.
0
0