
Belarus Olimpiya Komitəsi BOK-un rusiyalı və belarusluların beynəlxalq yarışlara buraxılması ilə bağlı meyarlarına reaksiya verib.
Apasport.az xəbər verir ki, Belarus MOK bunu diskriminasiya adlandırıb:
“Biz Belarus və Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı BOK-un təqdim etdiyi tövsiyələrlə razılaşmadığımızı bildiririk.
Dövlət rəmzlərinin istifadəsinə, komanda yarışlarında iştiraka, hüquq-mühafizə orqanlarına mənsubiyyətə qadağa qoyulması ilə bağlı əsassız məhdudiyyətlər açıq ayrı-seçkilikdir”.
Qeyd edək ki, dünən Beynəlxalq Olimpiya Komitəsi (BOK) federasiyalara Rusiya idmançılarına ciddi meyarlara uyğun olaraq neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib. Lakin bu, hüquq-mühafizə və hərbi idarələrin nümayəndələrinə, eləcə də komandanlıq növlərinə şamil edilmir.