
Belçika millisi italiyalı baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.
Tedesko 2023-cü ilin fevralında Belçika millisinin baş məşqçisi təyin edilmişdi.
Yığma onun rəhbərliyi altında AVRO-2024-də çıxış edib. Ukrayna, Rumıniya və Slovakiyadan ibarət qrupda ikinci yeri tutan komanda 1/8 finalda Fransaya 1:0 hesabı ilə uduzub.
Bundan sonra Millətlər Liqasında çıxış edən komanda 6 oyunun 4-də məğlub olmuşdu.
Qeyd edək ki, Tedesko daha əvəl “Şalke”, “Spartak Moskva” və “Leypsiq” kimi komandalara rəhbərlik edib.