Bellinqem karyerasında bir ilki bacarıb
04.01.2025 - 14:49

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem "Valensiya" ilə matçda penaltini yerinə yetirə bilməyib.
Apasport.az xəbər verir ki, ingilis futbolçu 56-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirsə də, qeyri-dəqiq olub.
21 yaşlı futbolçu karyerası boyunca ilk dəfə penalti qaçırıb.
O, daha öncə "kral klubu"nun heyətində 2 dəfə penalti yerinə yetirib. Hər ikisi dəqiq olub.
0
0