Belyerin “Udineze”yə keçir
18.08.2022 - 23:08

“Arsenal”ın futbolçusu Ektor Belyerin karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı ispaniyalı “Udineze”yə keçə bilər.
Udine təmsilçisi onu heyətinə qatmaq niyyətindədir. Belyerinin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Bu üzdən də London təmsilçisi də onu satmaqda maraqlıdır. Ektorun özü də Premyer Liqa klubundan ayrılmaq niyyətindədir.
0
0