"Benfika" 3 il bütün idman yarışlarından kənarlaşdırıla bilər
17.10.2024 - 12:33

Portuqaliyanın “Benfika” klubu 3 il müddətinə bütün idman yarışlarından kənarlaşdırıla bilər.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya və vergidən yayınmada ittiham olunur.
İddia təsdiqini taparsa, məşhur klubu 6 aydan 3 ilədək diskvalifikasiya cəzası gözləyir.
Qeyd edək ki, “Benfika”da Türkiyə millisinin iki futbolçusu – Orkun Kökçü və Kərəm Aktürkoğlu çıxış edir.
0
0