"Benfika"dan "Hoffenhaym"a keçdi
22.01.2024 - 18:31

"Hoffenhaym" Çexiya millisinin müdafiəçisini icarəyə götürüb.
Apasport.az xəbər verir ki, "Benfika"nın müdafiəçisi David Yuraşek icarə əsasında "Hoffenhaym"a keçib.
23 yaşlı futbolçunun alman təmsilçisi ilə müqaviləsi 30 iyun 2024-cü il tarixinədək qüvvədədir. Onun Lissabon klubu ilə müqaviləsi isə 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, bu mövsüm Yuraşek bütün turnirlərdə 12 oyun keçirib.
0
0