Benyamin Şeşko Bundesliqa klubunda qaldı
12.06.2024 - 16:21

Bundesliqa təmsilçilərindən “Leypsiq” futbolçusu Benyamin Şeşko ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı hücumçunun sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sloveniya millisinin də üzvü olan oyunçu son mövsümdə 42 oyunda 18 qol vurub.
Şeşko yığmanın Avro-2024 üçün heyətinə daxil edilib. Sloveniyalılar turnirdə C qrupunda İngiltərə, Danimarka və Serbiya ilə mübarizə aparacaq.
0
0