Benzema derbidə oynamayacaq
17.09.2022 - 15:25

“Real” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Kərim Benzemanın xidmətindən məhrum olub.
Fransalı hücumçu “Atletiko” ilə matçı buraxacaq. 34 yaşlı forvard Çempionlar Liqasının I turunun “Seltik”lə görüşündə zədələnib. Həmin vaxtdan meydana çıxmayan futbolçu bugünkü məşqdə də iştirak etməyib.
Qeyd edək ki, Madrid derbisi sabah keçiriləcək.
0
0