Benzemanın komandasından Lopeteqiyə təklif
10.11.2023 - 11:34

Nuno Eşpirito Santosla yollarını ayıran “Əl-İttihad”ın baş məşqçisi postuna namizəd bəlli olub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Xulen Lopeteqinin xidmətində maraqlıdır.
İspan mütəxəssislə danışıqlara start verilib. Klub rəhbərliyi ona 2025-ci ilin yayına qədər müqavilə təklif edib.
Qeyd edək ki, Kərim Benzemanın da formasını geyindiyi komanda 12 turdan sonra turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
0
0