Benzia oynadı, komandası xal itirdi
14.11.2024 - 19:54

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, onun komandası Afrika Millətlər Liqasının seçmə mərhələsində Ekvatorial Qvineya ilə qarşılaşıb.
Benzia matçın 70-ci dəqiqəsində meydana daxil olub. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Əlcəzair millisi 5 oyundan sonra 13 xal toplayıb.
0
0