“Beşiktaş”da növbəti zədə problemi
09.10.2024 - 18:57

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Qabriel Paulista zədələnib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Braziliyalı futbolçu Super Liqanın 8-ci turunun "Qaziantep"lə matçında (1:1) ayaq əzələsindən xəsarət alıb.
Mərkəz müdafiəçisi komandasına 3 həftə kömək edə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" Qabriel Paulistanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib.
0
0