
“Beşiktaş”da növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, klubun idarə heyətinin iclasından sonra seçkinin 10 dekabrda keçiriləcəyi elan olunub.
Əgər ilk seçkilərdə yeni prezidenti seçmək mümkün olmasa, o zaman təkrar seçkilər 17 dekabr tarixində baş tutacaq. “Qara qartal”larda hazırki prezident Ahmet Nur Çebinin seçkilərdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, yeni mövsümə uğursuz start götürən “Beşiktaş”da xüsusilə Avropa Liqasında evdə “Luqano”ya qarşı alınan məğlubiyyət abu-havanı lap korladı. Bu nəticədən sonra komandanın baş məşqçisi Şenol Günəş istefa verdi. Hazırda İstanbul klubunu oyunlara köməkçi-məşqçi Burak Yılmaz çıxarır.