"Beşiktaş"ın Di Mariya planı baş tutmadı
12.07.2024 - 11:44

Son zamanlar adı “Beşiktaş”la gündəmə gələn Anxel Di Mariya komandasında qalıb.
Apasport.az xəbər verir ki, argentinalı ulduz “Benfika” ilə müqaviləsini yeniləyib.
Müqaviləyə əsasən, Di Mariya hələ 1 il də portuqalların şərəfini qoruyacaq.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm “Benfika”da 48 oyuna çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə verib.
0
0