"Beşiktaş"ın idarə heyətinin sabiq üzvü vəfat edib
29.06.2024 - 12:54

Super Liqa təmsilçilərindən "Beşiktaş"ın keçmiş idarə heyətinin üzvü Berkan Qocay (62) dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb.
"Ağ-qara" klubdan verilən açıqlamada bir müddətdir müalicə alan Qocayın dünyasını dəyişdiyi bildirilib və bu ifadələr işlədilib:
"Klubumuz xidmətlərini hər zaman hörmətlə xatırlayacağımız Berkan Qocaya Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və camiəmizə başsağlığı veririk".
0
0