"Beşiktaş"ın ulduz futbolçusu zədələnib
10.12.2024 - 10:57

"Beşiktaş"ın italyan futbolçusu Çiro İmmobile zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Super Liqanın 15-ci həftəsində “Fənərbaxça” ilə (1:0) oynanılan derbidən sonra ağrı hiss edən İmmobilenin MRT müayinəsində bud arxa əzələsində gərginlik və ödem olduğu bildirilib.
İtaliyalı futbolçunun müalicəsinə başlanılıb.
0
0