“Bolonya”da yeni məşqçi
10.09.2022 - 21:33

İtaliyanın “Bolonya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu klubun icraçı direktoru Klaudio Fenuççi açıqlayıb.
O bildirib ki, komandanı Tyaqo Motta çalışdıracaq. Mütəxəssis işinə sentyabrın 12-də başlayacaq. Motta sentyabrın 6-da istefaya göndərilən Sinişa Mixayloviçi əvəzləyəcək.
Qeyd edək ki, mütəxəssisin son iş yeri üç ay əvvəl ayrıldığı “Spetsiya” olub.
0
0