“Borussiya” daha bir istedadı satacaq
13.09.2022 - 17:48

Dortmund “Borussiya”sı futbolçusu Cud Bellinqemlə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, ingiltərəli yarımmüdafiəçi gələn ilin yayında satılacaq.
Müqaviləsi 2025-ci ilin yayında başa çatacaq futbolçuya “Mançester Yunayted”lə “Liverpul” maraq göstərir. 19 yaşlı istedad “Real”ın da maraq dairəsinə düşməyi bacarıb.
Qeyd edək ki, Cud cari mövsümün 8 oyununda 2 qol vurub.
0
0