Boşa gedən 5 milyon avro: "Fənərbaxça" braziliyalını göndərdi
03.09.2024 - 16:04

Super Liqa təmsilçilərindən "Fənərbaxça" braziliyalı müdafiəçisi Luan Pereslə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu bu barədə TFF-yə məlumat verib.
Joze Mourinyonun planları arasında olmayan 30 yaşlı braziliyalı müdafiəçinin müqaviləsinə xitam verilib.
Futbolçu vətəninə qayıdıb. O, bundan sonra Braziliyanın "Santos" klubunda forma geyinəcək.
"Fənərbaxça" Peresi 2 il əvvəl "Marsel"dən 5,23 milyon avroya transfer etmişdi.
İki il ərzində "Fənərbaxça" ilə cəmi 23 matça çıxan Luan Peres ümumilikdə 1708 dəqiqə meydanda qalıb.
0
0