Buffon futbola qayıtmaq istəyir
23.09.2023 - 17:26

Canluici Buffon aktiv futbola qayıtmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, 45 yaşlı veteran qapıçı bu məqsədlə idman direktorları kursuna yazılıb.
Yeni kurs sentyabrın 25-də başlayacaq və noyabrın 8-dək davam edəcək. Dərslər yazılı testlər və dissertasiya müdafiəsi ilə başa çatacaq.
Qeyd edək ki, Buffon klub karyerasında 975, millidə isə 176 matçda iştirak edib.
0
0