Bundesliqa klubunda müqavilə
10.05.2023 - 16:36

“Köln” baş məşqçisi ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Şteffen Baumqart 2025-ci ilin yayına qədər Bundesliqa klubunda qalacaq. Onun cari mövsüm ərəfəsində imzaladığı müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu. Tərəflər əməkdaşlıq müddətini daha bir il artırıb.
Qeyd edək ki, 31 turdan sonra hesabında 38 xal olan “Köln” Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
0
0