Bundesliqa klubunda yeni müqavilə
28.07.2023 - 16:51

“Leypsiq” baş məşqçisi Marko Roze ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssislə Bundesliqa klubu arasındakı yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Roze 2022-ci ilin sentyabrından indiki klubuna rəhbərlik edir. Onun yetirmələri ötən mövsümdə 3-cü yeri tutub.
Qeyd edək ki, “Leypsiq” cari mövsümə avqustun 12-də “Bavariya”ya qarşı keçiriləcək Superkubok matçı ilə start verəcək.
0
0