Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə bağladı
21.06.2022 - 17:15

Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz legioner həyatını davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, “Lill”dən ayrılan hücumçu növbəti mövsümdən Niderlandda oynayacaq.
37 yaşlı forvard Niderland Erediviziyasında mübarizə aparan “Fortuna” ilə 5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, ilk iki ilini futbolçu, növbəti üç ilini isə məşqçi kimi “Fortuna”da keçirəcək.
Qeyd edək ki, Burak Yılmaz 2020-2022-ci illərdə “Lill”in formasını geyinib.
0
0