
Canluka Vialli vəfat edib.
Apasport.az saytının məlumatına görə, İtaliya millisinin, “Yuventus”, “Çelsi” və “Sampdoriya”nın sabiq futbolçusu 58 yaşında ölüb.
O, 2017-ci ildən xərçəng xəstəliyi ilə mübarizə aparıb. Ötən ilin dekabrında İtaliya millisində nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılan Vialli bütün qüvvəsini sağlamlığına yönəltməyə qərar verib.
Qeyd edək ki, Vialli bu vəzifədə AVRO-2020-nin qalibi olub. O, futbolçu kimi AVRO-1988 və DÇ-1990-nın bürünc mükafatını qazanıb. Karyerası ərzində “Kremoneze”də də çıxış edən veteran “Çelsi” və “Uotford”un baş məşqçisi olub.