"Çelsi" 16 yaşlı qazaxıstanlı ilə güclənəcək
18.01.2025 - 16:24

Qazaxıstanlı futbolçu Dastan Satpaev karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Çelsi" 16 yaşlı müdafiəçini heyətinə qatır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"Kayrat"ın üzvü 2 ay London klubunun düşərgəsində baxışda olub. "Çelsi" gənc mərkəz müdafiəçisinin oyununu bəyənib və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Qazaxıstanın U-17 milli komandasının üzvü olan Dastan Satpaev "Kayrat"ın ikinci komandasında çıxış edir.
0
0