"Çelsi" azarkeşini cəzalandırdı
15.02.2024 - 16:33

“Çelsi” rəsmi olaraq azarkeşlərindən birinin matçlara gəlməyinə qadağa qoyub.
Apasport.az bu barədə Britaniya mətbuatına istinadla xəbər verir.
Azarkeşin cəzalanmasının səbəbi "Tottenhem"lə matçda nasist salamı verməsi olub. "Zadəganlar" azarkeşi 3 il oyunlarda iştirak etməkdən məhrum edib. Məhkəmə isə sözügedən azarkeşi cərimələyib.
0
0