"Çelsi" "Bavariya"nın ulduzunu istəyir
20.02.2024 - 16:48

"Çelsi" bu yay "Bavariya"nın hücumçusu Harri Keyni almaq niyyətindədir.
Apasport.az "Football.London"a istinadla xəbər verir ki, komanda bir kubok qazana bilməsə, ingilis forvardın Münhen klubunu tərk etmək şansı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. Münhen komandasının tərkibində ingilis futbolçu 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərini 110 milyon avro olaraq qiymətləndirib.
0
0