
"Çelsi" hücumçusunu satışa çıxarıb.
Apasport.az xəbər verir ki, “zadəganlar” bir çox klubların diqqət mərkəzində olan Armando Broyaya 50 milyon funt sterlinq qiymət qoyub.
22 yaşlı forvard 2009-cu ildən London klubunun sıralarında yer alır. Albaniya millisinin də şərəfini qoruyan Broya mövsümün əvvəlindən əsas komandaya cəlb olunub. Futbolçu bu mövsüm 17 matçda meydana çıxaraq, aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, "Çelsi"nin bu addımı atma səbəbi klubların hücumçuların qiymətini qaldırmasıdır. Məsələn, “Brayton” Evan Ferquseni 100 milyon funt-sterlinqdən aşağı qiymətə satmayacağını açıqlayıb.