“Çelsi”də yeni anlaşma
10.02.2023 - 16:37

“Çelsi” futbolçusu Tyaqo Silva ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu ilə braziliyalı müdafiəçi arasında razılıq əldə olunub.
Tərəflər 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaqda anlaşıb. Hazırda zəruri sənədlər hazırlanır və yaxın müddətdə tərəflər sözləşməni rəsmiləşdirəcək.
Qeyd edək Ki, Tyaqo 2020-ci ildən “Çelsi”də çıxış edir. O, cari mövsümdə 24 oyun keçirib.
0
0