“Çelsi”dən yeni transfer
04.08.2023 - 14:58

“Çelsi” daha bir futbolçunun transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, "Monako"nun müdafiəçisi Aksel Disasi “zadəganlar”a qoşulub.
Fransa millisinin də şərəfini qoruyan 25 yaşlı oyunçu 2029-cu ilin yayına kimi London klubunda çıxış edəcək. Tibbi müayinədən uğurla keçən arxa xətt oyunçusu yeni komandası ilə məşqlərə start verib.
Qeyd edək ki, son mövsümdə 38 matçda iştirak edən Disasi 3 qol və eyni sayda ötürmə ilə yadda qalıb.
0
0