“Çelsi”nin daha bir futbolçusu “Milan”ın hədəfində
02.06.2023 - 09:50

“Çelsi”nin daha bir futbolçusu “Milan”ın transfer siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Trevor Çalobanın xidmətində maraqlıdır.
Müdafiəçi bu yay A seriyası təmsilçisinə keçə bilər. 23 yaşlı ingiltərəli başa çatan mövsümdə 34 matça çıxıb.
Qeyd edək ki, “Çelsi”nin digər oyunçusu Ruben Loftus-Çik də “Milan”a keçidə razılıq verib.
0
0