“Çelsi”nin futbolçusu “Milan”ın bir addımlığında
07.03.2023 - 01:34

“Çelsi”nin futbolçusu Ruben Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin yayda “Milan”a keçəcəyi ilə bağlı danışıqlar gedir.
Onun İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Londonlular bir il sonra onu azad agent kimi itirməmək üçün bu yay satmağı düşünür. Bu, “Milan”ın da planlarına uyğun gəlir.
Qeyd edək ki, Loftus-Çik İngiltərənin digər klublarının da maraq dairəsindədir.
0
0