Çempionda yeni müqavilə
26.05.2023 - 15:33

“Mançester Siti” Skott Karsonla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
37 yaşlı qapıçı ilə yeni anlaşma bir illik nəzərdə tutulub. İngiltərəli qolkiper 2023/24 mövsümünün sonunadək “şəhərlilər”in formasını geyinəcək.
Qeyd edək ki, 2019-cu ildə Mançester klubuna keçən Karson cəmi 2 matç keçirib.
0
0