Çempiondan unikal göstərici
17.10.2022 - 09:10

“Milan” A seriyasının X turunda “Verona” üzərində səfər qələbəsi qazanıb (2:1).
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” bununla unikal göstəricisini davam etdirib.
A seriyası çempionu “Top-5” liqalarda 2022-ci ildə keçirdiyi səfər matçlarının heç birində məğlubiyyət üzü görməyib.
Qeyd edək ki, hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Milan” lider “Napoli”dən 3 xal geri qalır.
0
0