Çempionlar Liqasında belə şey olmamışdı
08.09.2022 - 10:31

Antuan Qrizmann Çempionlar Liqası tarixində ən gec qolun müəllifi olub.
Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu “Porto” ilə qarşılaşmanın startından 100 dəqiqə 18 saniyə sonra qol vurub.
Bu qol madridlilərə 2:1 hesablı qələbə qazandırıb. Qrizmann “Atletiko”nun digər oyunçusu Luis Suaresin rekordunu arxada qoyub. Uruqvaylı ötən mövsüm “Milan”a 96 dəqiqə 21 saniyədən sonra qol vurmağı bacarıb.
Qeyd edək ki, “Atletiko” – “Porto” matçındakı bütün qollar ikinci hissəyə artırılan dəqiqələrdə vurulub.
- Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə
- Konte əsəbləşdi: "Biz komanda deyilik"
- I Liqa: MOİK ilk qələbəsini qazandı, "Zaqatala"dan inamlı qalibiyyət
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD
- Azərbaycan güləşçisi Avropa 2-cisi oldu
0
0