Çempionluq mükafatı açıqlandı
16.10.2022 - 21:42

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin DÇ-2022-də qazana biləcəyi mükafatın məbləği bəlli olub.
Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları Qətərdə qızıl medal qazansa, mütəxəssis 4 milyon funt sterlinq qazanacaq.
Bunadək Sautqeyt final mərhələsinə vəsiqə üçün də mükafat alıb. Bunun üçün ona 500 min funt ödənilib.
Qeyd edək ki, 4 il əvvəl Rusiyadakı DÇ-2018-də çempionluq üçün Sautqeytə 1,5 milyon funt vəd olunmuşdu.
0
0