
"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Los Anceles" türk vingeri icarəyə götürəmə yaxındır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
MLS təmsilçisi Cengizi 1,2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürəcək. Futbolçunun maaşını iki klub birlikdə ödəyəcək. "Los Anceles" 27 yaşlı ön xətt oyunçusunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İspanbul təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
- Murad Musayev: "İdeal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma..."
- Mehdi Hüseynzadə adına stadiondakı oyunun biletləri satışa çıxarılır
- Mbappe karyerasının ən pis anını açıqladı
- Bəhlul Mustafazadə: " 100 milyonluq Florian Virtz 5 metrdən qapıya düşmürsə..."
- "Araz-Naxçıvan" "Zirə" ilə bərabərə qaldı - YENİLƏNİB