
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin adları açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda 4 futbolçu yer alır.
Bu futbolçulardan Erlinq Haaland “Mançester Siti”nin “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub etdiyi matçda 2 qol vuraraq dubl edib.
Madrid “Real”ının braziliyalı hücumçusu Rodriqo “Braqa” ilə oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” – “Sevilya” (2:0) görüşünün ən yaxşılarından olan Bukayo Saka da Rodriqo kimi hesabına 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Antuan Qrismann isə “Atletiko”nun “Seltik” üzərindəki böyükhesablı (6:0) qələbəsinə 2 qolla töhvə verib.