Çupo-Motinq ABŞ klubunda
19.12.2024 - 20:29

Erik Çupo-Motinqin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını ABŞ-da davam etdirəcək.
Hücumçu "Nyu-York Red Bullz”la anlaşıb. Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Erik daha öncə "Hamburq", "Nürnberq", "Maynts", "Şalke", "Stok Siti", “Bavariya”, PSJ kimi klubların şərəfini qoruyub.
0
0