Dadaşovun komandasından QƏLƏBƏ
24.03.2024 - 12:56

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, Berlin təmsilçisi 19-cu turdan təxirə salınmış görüşdə “Altqlinikke” ilə üz-üzə gəlib gəlib.
Rüfətin komandası rəqibini 3:2 hesabı ilə məğlub edib. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.
“Dinamo” 53 xalla 2-ci pillədə qərarlaşıb.
0
0