
Türkiyənin 1-ci Liqa təmsilçisi "Adanaspor"un baş məşqçisi Mustafa Kaplanın müqaviləsinə xitam verilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında məlumat verilib.
Kaplanın gedişi ilə bağlı narıncı-ağlı klubun açıqlaması belədir: "Məşqçi Mustafa Kaplanla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Mustafa Kaplan və komandasına indiyə qədər göstərdikləri səylərə görə təşəkkür edirik”.
Qeyd edək ki, region təmsilçisi Türkiyə Ziraat Kubokunun 5-ci turunda "Fənərbaxça"ya 6:0 hesabı ilə məğlub olub.
Bundan öncə isə "Konyaspor"un baş məşqçisi Hakan Keleş 7:1 hesabı ilə uduzduğu "Fənərbaxça" matçından sonra istefa etmişdi.